İtaliya klubunun ulduzu Beşiktaş a keçir

30.06.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

İtaliyanın "Roma" klubunun hücumçusu Təmmi Abraham "Beşiktaş"a keçməyə razılıq verib. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat yayıb. Transferin məbləği təxminən 20 milyon avro olacaq. Klublar arasında yalnız hüquqi detalları rəsmiləşdirmək qalır. Futbolçunun yaxın günlərdə Türkiyəyə yollanacağı bildirilir. Ötən mövsüm 27 yaşlı Abraham icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edib, 45 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью