İtaliya Kuboku: “Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

24.04.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Milan” komandaları üz-üzə gəliblər. Görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb.

İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью