futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya Kubokunda 1/32 mərhələnin oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, günün məhsuldar görüşündə “Palermo” doğma meydanda “Mantova”nı qəbul edib. Matçda meydan sahibləri 5:2 hesablı darmadağınla növbəti mərhələyə vəsiqə qazanıblar.
Günün digər qarşılaşmasında isə “Verona” səfərdə “Kalyari”yə 2:1 hesabı ilə qalib gələrək mərhələ adlayan tərəf olub.
Qeydə alınan nəticələr:
İtaliya Kuboku
1/32 mərhələ
Palermo – Mantova 5:2
Qollar: Qabriel Strefezza, 9, Antonio Palumbo, 45+6 (pen.), Joel Pohyanpalo, 70, 90+5, Dennis Yohnsen, 89; Françesko Ruokko, 52, Raşid Kuda, 55
Kalyari – Verona 1:2
Qollar: Pol Mendi, 57; Abdu Harrui, 23, Samuele Mulattieri, 87