İtaliya Kuboku: “Sassuolo” penaltilərlə mərhələ adladı

03.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya Kubokunda 1/32 mərhələnin oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, günün diqqətçəkən görüşlərindən birində “Sassuolo” doğma meydanda “Frozinone”ni qəbul edib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib və 4:3 hesabı ilə üstün olan “Sassuolo” növbəti mərhələyə adlayıb.

Günün digər qarşılaşmasında isə “Udineze” öz evində “Venesiya”ya 2:1 hesabı ilə qalib gəlib.

Qeydə alınan nəticələr:

İtaliya Kuboku

1/32 mərhələ

Sassuolo – Frozinone 1:1 (penaltilər 4:3)

Qollar: Benxamin Dominges, 36; Aleksa Terziç, 45+2

Udineze – Venesiya 2:1

Qollar: Vakun İssuf Bayo, 34, 53; Riçi Saqrado, 9

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью