Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. İtaliya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Kubokun hazırkı sahibi "Yuventus" Turində "Kalyari"ni qəbul edib.
Meydan sahibləri ilk hissənin sonlarında hesabı açıblar. Kenan Yıldızın ötürməsini Vlahoviç qola çevirib.
İkinci hissədə "qoca sinyora" daha 3 qol vuraraq rəqibini darmadağın edib - 4:0.
Beləliklə də, "Yuve" çətinlik çəkmədən İtaliya Kubokunun 1/4 finalına adlayıb. "Kalyari" isə turnirdəki mübarizəsini dayandırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.