İtaliya Kuboku: Yuventus mübarizəni dayandırdı

27.02.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün bir oyun baş tutub.

“Yuventus” öz meydanında “Empoli” ilə qarşılaşıb. “Empoli” rəqibini penaltilər seriyasında məğlub edərək sonuncu yarımfinalçı olub.

Daha öncə “İnter”, “Bolonya” və “Milan” da yarımfinala yüksəlmişdilər. “İnter” yarımfinalda “Milan”la, “Empoli” isə “Bolonya” ilə qarşılaşacaq.

İtaliya Kuboku
1/4 final
26 fevral

Yuventus – Empoli 1:1 (penaltilər 2:4)
Qollar: Türam, 66 – Male, 24.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью