İtaliya Kubokunun qalibi müəyyənləşib

14.05.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 may, AZƏRTAC

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, finalda "Latsio"nu 2 cavabsız qolla məğlub edən "İnter" titula sahib çıxıb.

Matçda hər iki qol ilk hissədə vurulub. Əvvəlcə 14-cü dəqiqədə Adam Maruşiç avtoqol müəllifi olub. 35-ci dəqiqədə isə Lisandro Martines fərqlənib.

Beləliklə, ölkə çempionu "İnter" kuboka da sahib çıxmaqla "qızıl dubl" edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью