İtaliya mafiyası zərbə dronları üçün sursat əldə etməyə çalışır

29.07.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya hüquq-mühafizə orqanları mafiya qruplaşmalarının müasir silahlara, o cümlədən Ukraynadakı müharibədə istifadə olunan zərbə dronları üçün sursatlara artan maraq göstərdiyini bildirir.

Bizimyol.info xəbər verir ki, bu barədə Palermo şəhərinin baş prokuroru Mauritsio de Luçiya parlamentin Antimafiya Komissiyasının iclasında çıxışı zamanı məlumat verib.

Prokurorun sözlərinə görə, istintaq orqanları artıq Balkanlar vasitəsilə İtaliyaya gətirilən silahlar aşkarlayıb. O qeyd edib ki, müsadirə olunan silahların bir hissəsi keçmiş Yuqoslaviya ərazisindən ölkəyə daxil olub.

Mauritsio de Luçiya vurğulayıb ki, ən ciddi narahatlıq doğuran məqam cinayətkar qruplaşmaların Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra qara bazarda peyda olan daha yüksək texnologiyalı silahları əldə etmək cəhdləridir.

Baş prokuror bildirib ki, hüquq-mühafizə orqanlarında pilotsuz uçuş aparatlarından buraxılan sursatların satın alınmasına yönəlmiş cəhdlərlə bağlı məlumatlar var. Onun sözlərinə görə, mafiya strukturları yüksək texnologiyalı silah arsenalı formalaşdırmağa çalışır və bu tendensiya təkcə Palermoda deyil, İtaliyanın digər bölgələrində də müşahidə olunur.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью