İtaliya millisi 41 ildən sonra antirekorda imza atıb

18.11.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Millətlər Liqasının VI turunda Fransa millisinə doğma meydanda 1:3 hesabı ilə məğlub olan İtaliya seçməsi 41 il sonra ilk dəfə evdə keçirdiyi oyunda 2 və ya daha çox top fərqi ilə məğlub olub.

Oxu.Az xəbər verir ki, Apennin təmsilçisi Milandakı görüşə qədər son belə məğlubiyyətini AVRO-1984-ün seçmə mərhələsində yaşamışdı - 1983-cü il oktyabrın 15-də İsveç millisi İtaliyadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, İtaliya millisi A liqasının 2-ci qrupunda ikinci yeri tutub. 13 xal toplayan Apennin təmsilçisi məhz son məğlubiyyətinə görə eyni xalı olan Fransadan geri qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью