İtaliya millisinin forvardı Səudiyyə Ərəbistanı klubuna keçmək istəmədi

09.02.2025

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliya millisinin və "Atalanta"nın forvardı Mateo Reteqi Səudiyyə Ərəbistanına yollanmaq istəməyib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Əl-İttihad" 25 yaşlı hücumçu üçün Berqamo təmsilçisinə rəsmi müqavilə təklif edib.

"Atalanta" bu təklifə isti yanaşsa da, futbolçu özü komandasını tərk etmək istəməyib.

Halbuki, "Əl-İttihad" Reteqiyə illik 16 milyon avro maaş ödəməyə hazır olub.

İtaliyalı hücumçu bu mövsüm 33 matçda 23 qol vurub. Mateo 2028-ci il iyunun 30-na qədərdir. O, “Boka Xuniors”, “Estudiantes”, “Tiqre”, “Cenoa”, “Talyeres” komandalarında oynayıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью