İtaliya millisinin sabiq forvardı B Seriyasında

09.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya millisinin sabiq forvardı B Seriyasında

İtaliya millisinin sabiq üzvü Andrea Belottinin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 32 yaşlı hücumçu B Seriyası təmsilçisi "Modena" ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardla 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb. 

Ötən mövsümü "Kalyari"də keçirən Belotti cəmi 8 matçda iştirak edib. Sentyabr ayında dizinin çarpaz bağları yırtılan futbolçu mövsümün qalan hissəsini buraxmalı olub. 

Qeyd edək ki, 2016–2022-ci illərdə İtaliya millisinin heyətində 44 oyun keçirib və 12 qol vurub, həmçinin yığma ilə Avropa çempionu olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью