İtaliya millisinin üzvü A Seriyasına qayıdıb RƏSMİ

16.01.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Atletiko Madrid"inn hücumçusu Cakomo Raspadori A Seriyasında çıxış edəcək.

Apasport.az xəbər verir ki, "Atalanta" italiyalı forvardın keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Berqamo təmsilçisi 25 yaşlı oyunçu üçün qarşı tərəfə 22 milyon avro ödəyib. 

Qeyd edək ki, "Atletiko" Cakomo Raspadorini mövsümün əvvəlində "Napoli"dən 22 milyon avroya transfer etmişdi. İtaliya millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Şotlandiyalı vinger Super Liqa klubuna keçib Argentinalı futbolçu Premyer Liqada klubunu dəyişib “Fənər”in futbolçularına həbs cəzası verilib Simeonenin oğlu daha 4 il “Atletiko”da - RƏSMİ “Difai”dən növbəti transfer
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью