İtaliya millisinin üzvü İstanbul klubuna keçə bilər

20.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Spetsiya"nın futbolçusu Salvatore Esposito karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" italiyalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul klubu Esposito üçün "Spetsiya" ilə danışıqlara başlayıb. "Beşiktaş" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün onun klubunun tələb etdiyi 6 milyon avro və əlavə bonusları ödəməyə hazırdır.

Qeyd edək ki, "Spetsiya" Salvatore Espositonu 2023-cü ilin yanvar ayında SPAL-dan transfer edib. İtaliiya millisinin üzvü ötən mövsüm B Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью