İtaliya millisinin veteran müdafiəçisi Dinamonu çalışdıra bilər

29.12.2024

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fabio Kannavaro "Dinamo"ya baş məşqçi təyin oluna bilər.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, İtaliya millisinin veteran futbolçusuna Xorvatiya klubundan təklif gəlib.

Zaqreb təmsilçisi Kannavaro ilə danışıqlara başlayıb.

"Dinamo" hazırkı çalışdırıcısı Nenad Byelitsanı istefaya göndərəcək.

Hazırda "Dinamo" 18 turdan sonra 29 xalla 3-cü pillədədir. 

51 yaşlı məşqçi “Quanqjou Everqrand”, “Əl-Nəsr”, “Tianjin Quanjian”, Çin, “Benevento”, “Udineze” komandalarında işləyib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью