Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
''Fənərbaxça''da mühüm bir ayrılıq reallaşmaq üzrədi. Belə ki, Yussef Ən-Nəsirinin ''Yuventus''a yolu tamamilə açılıb.
"Football-plus.az" xəbər verir ki, Turin nəhəngi həm ''sarı-lacivərdlilər''lə, həm də mərakeşli forvardın özü ilə razılıq əldə edib. Keçidin maddi detalları da bəlli olub.
''Yuve'' əvvəlcə Ən-Nəsirini 5,8 milyon avroya mövsümün sonuna qədər icarəyə götürəcək. Yayda isə ''qoca sinyora'' bu futbolçunun daimi transferi üçün daha 21,5 milyon avro ödəyəcək. Yəni ''Fənərbaxça'' bu satışdan ümumilikdə 27,3 milyon avro qazanacaq. Danışıqların ən gec bazar günü tamamlanacağı gözlənilir.
''Tuttosport'' nəşrinin yazdığına inansaq, 29 yaşlı futbolçu fevralın 1-də ''Parma'' ilə oyunda yeni klubunda debüt edəcək. Bu mövsüm ''Fənər''də Talişka və Duranın kölgəsində qalan Ən-Nəsiri 25 rəsmi oyunda aktivinə 8 qol, 1 məhsuldar ötürmə yaza bilib.
''Transfermarkt''a görə dəyəri 22 milyon avro olan Ən-Nəsirinin ''Fənər''lə 2029-a qədər müqaviləsi var idi.