İtaliya nəhəngi “Mançester Yunayted”in gənc ulduzunu istəyir

09.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın “Napoli” klubu qış transfer pəncərəsində “Mançester Yunayted”in gənc istedadı Kobi Mainonu heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara start verib. “Napoli” Kobi Mainonu gələcək üçün əsas yarımmüdafiəçi kimi görür və onu komandaya cəlb etməyi prioritet hədəf kimi müəyyənləşdirib.

20 yaşlı ingilis yarımmüdafiəçi bu mövsüm “Mançester Yunayted”in heyətində Premyer Liqada əla çıxış edərək Avropanın bir neçə klubunun diqqətini çəkib.

Hələlik “Yunayted”in bu transferə münasibəti bəlli deyil, lakin “Napoli” rəhbərliyi danışıqlarda israrlıdır.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью