İtaliya nəhəngi Osimhen üçün 85 milyon verir

10.05.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen İtaiya klubundan təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçunun xidmətində “Yuventus” maraqlıdır. Müqavilə ilə “Napoli”yə məxsus olan oyunçuya Turin təmsilçisi 85 milyon avro ödəməyə hazırdır.

“Qalatasaray” Viktor Osimheni ötən ilin sentyabr ayında icarəyə götürüb. Ulduz futbolçu “sarı-qırmızıların heyətində meydana çıxdığı 37 rəsmi maçda 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью