İtaliya nəhəngində çıxış etmiş futbolçu Qarabağın hədəfində

27.11.2024

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" qışda heyətini gücləndirə bilər.

Məlumatı "Sportitalia.it" portalının əməkdaşı Lorentso Lepore yayıb. İnformasiyaya görə, Ağdam təmsilçisi əlcəzairli Mohamed Belkeyrlə maraqlanır. 25 yaşlı hücumçu hazırda icarə əsasında Belçikanın "La Luvier" klubunda çıxış edir. Bu mövsüm II Liqada 14 matçda meydana çıxıb. Bu görüşlərdə 9 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mohamed müqavilə ilə Niderlandın "Fortuna Sittard" klubuna məxsusdur. Hücumçu ilə təkcə "Qarabağ" maraqlanmır. Forvard Türkiyənin "Sivasspor", "Antalyaspor", Belçikanın isə "Sent Truiden" kollektivlərinin hədəfindədir.

Maraq üçün bildirək ki, Mohamed İtaliyanın "Verona" klubunun yetirməsidir. O, 2016-2018-ci illər aralığında "İnter"in U-19 komandasında çıxış edib. (offsideplus.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью