İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu

06.12.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu

İtaliya nəhəngləri “Leççe”nin gənc müdafiəçisi üçün hərəkətə keçib.

QOL.az xəbər veirr ki, “Tuttosport”un məlumatına görə, İtaliyanın “Yuventus” və “Napoli” klubları “Leççe”nin mərkəz müdafiəçisi Tiaqo Qabrieli hədəfə alıb. Hər iki klub qış transfer pəncərəsində 20 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

 Neapol təmsilçisinin həmçinin “Sassuolo”nun müdafiəçisi Tarik Muharemoviçi də izlədiyi bildirilir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana çıxan Qabriel 1 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью