Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Latsio”nun azarkeşləri klub rəhbərliyinə etiraz ediblər.
İtaliya mənbələrinin məlumatına görə, Romada azarkeşlər klubun prezidenti Klaudio Lotitoya qarşı etiraz yürüşü keçiriliblər. Aksiyada 8 minə yaxın şəhər sakini iştirak edib. Azarkeşlər həmçinin funksionerin əleyhinə yazılan banner də nümayiş etdiriblər. Aksiya zamanı azarkeşlərdən ibarət nümayəndə heyəti paytaxtın əsas tədbirlər, idman, turizm və moda üzrə müşaviri Alessandro Onorato ilə görüşüb.
Xatırladaq ki, “Latsio” A seriyasının ötən mövsümünü 7-ci yerdə başa vurmaqla avrokuboklara vəsiqə qazana bilməyib.