Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Roma, 6 iyun, AZƏRTAC Avropa İttifaqı ölkələri birləşməli, daxili və xarici hücumlara müqavimət göstərməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella deyib: “Avropa İttifaqı yeni birgəyaşayış modelini işləyib hazırlamaq üçün dünyada dialoqun dayaq nöqtələrindən birinə çevrilməlidir.
Sülh qaydalar sistemini bərpa edən beynəlxalq münasibətlər sisteminin yenidən qurulması ilə əldə olunur.
Bunun üçün Aİ birləşməli, daha səmərəli olmalı, daxildən və xaricdən gələn hücumlara müqavimət göstərməlidir. Bu, Avropanın vəzifəsidir”.
Qeyd edək ki, İtaliya Prezidenti bu gün Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.
Təxminən 40 dəqiqəyə yaxın davam edən görüşdə İtaliya ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərlə yanaşı, Avropanın mərkəzində illərdir davam edən münaqişələr əsas müzakirə mövzusu olub.
Nihad BudaqovAZƏRTAC-ın xüsusi müxbiriRoma Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.