Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya Prezidenti Serco Mattarella Milan və Kortina d'Ampezzoda keçiriləcək Qış Oyunları zamanı Olimpiya atəşkəsinə çağırıb.
Yeniavaz.com ANSA agentliyinə istinadla xəbərt verir ki, o bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 145-ci sessiyasında çıxışında bildirib.
İtaliya Prezidenti Martin Lüter Kinqin sözlərini sitat gətirərək: “Qoy idmanın silahsız gücü silahları susdursun”, - deyib.
”Olimpiada çox çətin günlərimizdə bir sülh siqnal göndərən möhtəşəm qlobal bir tədbirdir”, - İtaliya Prezidenti əlavə edib.
Qeyd edək ki, Qış Olimpiya Oyunları bu il 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək.