İtaliya Prezidenti: Təcavüzkar müharibə cinayətdir

16.11.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Roma, 16 noyabr, AZƏRTAC

Biz qətiyyətlə bildirməliyik ki, təcavüzkar müharibə cinayətdir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella deyib.

“Bu gün bombanı sevməli olduğumuzu iddia edənlər var. Lakin Nigeriyadan Balkan ölkələrinə, Ruandadan Suriyaya, Sudana, Ukraynaya və Qəzza zolağına qədər olan proseslər bizə göstərir ki, müharibə ən çox mülki insanlara təsir edir. Birləşmiş Millətlər Təşkilatının və Cenevrə Konvensiyaları qanuna əsaslanan sülhə ümid yaradıb və fundamental bir prinsipi təsdiqləyib: mülki əhali hər vəziyyətdə qorunmalıdır. BMT-nin məlumatına görə, münaqişə qurbanlarının 90 faizdən çoxu mülki şəxslərdir. Bu, cəzasız qala bilməz. Qətiyyətlə təkrarlanmalıdır: xalqın suverenliyi qonşusuna qarşı müharibə aparmaq hüququnda ifadə olunmur. Bir millətin uğur qazanmaq istəyi ədalətsizliyə səbəb olmamalıdır. Təcavüzkar müharibə cinayətdir”, - deyə İtaliya Prezidenti qeyd edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью