İtaliya prezidenti ürəyindən əməliyyat olundu

16.04.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya Prezidenti Sercio Mattarella əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “L’Unione Sarda” qəzeti yayıb. 

Bildirilib ki, Romada “Santo Spirito” xəstənasında 83 yaşlı dövlət başçısının ürəyinə kardiostimulyator quraşdırılıb. 

Məlumata görə, əməliyyat planlaşdırılmış olub. Həmçinin hazırda İtaliya liderinin vəziyyətinin stabil olduğu vurğulanıb. 

Xatırladaq ki, Mattarella 2015-ci ildən İtaliya Prezidentidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью