İtaliya Rusiyanın Avropadakı əsas ticarət tərəfdaşına çevrilib

25.11.2024

Icma.az, Ayna saytına istinadən bildirir.

Sentyabrda ölkələr arasında ticarətin həcmi dörddə bir artaraq 768 milyon avroya çatıb

Sentyabr ayında İtaliya Avropa İttifaqı (Aİ) ölkələri arasında Rusiyanın əsas ticarət tərəfdaşı oldu. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

Qeyd olunub ki, “Eurostat”ın məlumatlarına əsasən, sentyabrda ölkələr arasında ticarətin həcmi dörddə bir artaraq 768 milyon avroya çatıb.

Bundan əvvəl o da məlum olub ki, Aİ-də Rusiya qazının əsas alıcıları Fransa və Macarıstan olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью