İtaliya rüsum məsələsində ABŞ ilə Avropa arasında körpü rolunu oynamağa hazırdır

04.02.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roma, 4 fevral, AZƏRTAC

İtaliya rüsum məsələsində ABŞ və Avropa İttifaqı arasında körpü rolunu oynamağa sadiqdir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“ABŞ Prezidenti fikrində davam etsə, biz hazırlıqsız olmayacağıq. Bizim strategiyamız var. Şirkətlərimiz və vətəndaşlarımızın rifahı üçün böhran yaratmayacaq həllər tapmaq üçün çalışırıq”, - deyə nazir qeyd edib.

Antonio Tayani ABŞ Prezidenti Donald Trampın fikirləri səbəbindən qlobal iqtisadi tarazlığın əldə edə biləcəyi dönüşdən narahat olduğunu deyib.

Qeyd edək ki, Donald Tramp ABŞ Avropa İttifaqından idxal olunan məhsullara idxal rüsumu tətbiq edilməsi istəyini bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью