İtaliya sahillərində qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrant xilas olunub

07.06.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Roma, 7 iyun, AZƏRTAC

İtaliyanın sahil mühafizəsi xidmətinin patrul gəmisi 11 metrlik qayıqda köməksiz vəziyyətdə qalan 85 miqrantı xilas edib.

AZƏRTAC xəbər verir ki, miqrantlar Siciliyanın cənubundakı Lampeduza adasındakı limana aparılıb. Banqladeş, Efiopiya, Somali, Misir, Sudan, Eritreya, Pakistan və Cənubi Sudandan olan miqrantların qayıqla Liviyanın Zaviyə şəhərindən yola düşdükləri bildirilib.

Miqrantlar Avropaya çatmaq üçün hər nəfərə 5000-8000 dollar ödədiklərini deyiblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью