İtaliya səfərdə çətinliklə Moldovaya qalib gəlib

14.11.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsində Moldova İtaliyanı qəbul edib.

İdman.Biz bildirir ki, oyun 2:0 qonaqların xeyrinə başa çatıb.

Müdafiəçi Canluka Mançini 88-ci dəqiqədə hesabı açıb. 90+2-ci dəqiqədə hücumçu Françesko Espozito İtaliya millisinin üstünlüyünü artırıb.

Yeddi oyundan sonra İtaliya 18 xalla I qrupunda ikinci yerdədir. Moldova bir xal qazanıb və beşinci yerdədir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью