Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İtaliya səfiri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA İran mediasına istinadən xəbər verir ki, buna İtaliyanın xarici işlər naziri Antonio Tacaninin SEPAH-la bağlı fikri səbəb olub.
SEPAH-ın terror təşkilatı kimi tanınmasının destruktiv nəticələrə gətirib çıxaracağı İtaliya səfirinin diqqətinə çatdırılıb, eyni zamanda, İtaliya XİN rəhbərindən “özünün yanlış yanaşmasını” düzəltməsi istənilib.
Qeyd edək ki, Antonio Tacani Avropa İttifaqı ölkələrinə SEPAH-ı terror təşkilatı kimi tanımağı təklif edəcəyini bildirib.