İtaliya səfiri XİN başçısının Azərbaycana səfərindən danışıb

12.11.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Altı ildən sonra ilk dəfə noyabrın 23-də Bakıda İtaliya-Azərbaycan biznes forumu keçiriləcək”.

525.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko mətbuat konfransında deyib.

O bildirib ki, forum səfirlik və ticarət qurumlarının birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

“Sonuncu forum altı il əvvəl Romada baş tutub. Hesab edirəm ki, ikitərəfli iqtisadi və ticarət əlaqələri ilə bağlı məsələlər bu biznes forumunda daha geniş müzakirə olunacaq”, - səfir deyib.

Əlavə edib ki, biznes forumu əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Tədbir nazirlər səviyyəsində keçiriləcək. İtaliyanın xarici işlər naziri Antonio Tayani bu məqsədlə Azərbaycana səfər edəcək və burada bir sıra görüşlər və müzakirələr baş tutacaq. Düşünürəm ki, biznes forum tərəfdaşlarımızın bir-birini daha yaxından tanımasına, yeni əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə kömək edəcək”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью