İtaliya şəhərində evlər 1 avroya satılır

19.03.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliyanın Abruzzo bölgəsindəki bir şəhərdə əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya satılır. Əsas şərt alınan evin bərpa olunmasıdır.

Bizimyol.info xəbər verir ki, Mərkəzi İtaliyanın Abruzzo bölgəsində, Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşən Penne qəsəbəsi 1 avroluq evləri ilə gündəmdədir.

Əhalisinin azalmasına və tərk edilməsinə çarə axtaran qəsəbədə evləri alacaq şəxslərdən üç il ərzində bərpa işlərini öhdəsinə götürmələri xahiş olunur. Sözügedən şəxslərdən 2.000 ilə 5.000 avro arasında depozit ödəmələri tələb olunur; İş başa çatdıqdan sonra depozit geri qaytarılır.

Penne şəhərinin meri Petruççi: “Bizim memar və ekspertlərdən ibarət komandamız var ki, onlar təmir işləri ilə bağlı məsləhət verə və dəstək verə, podratçı və ekspertləri tapacaq, alıcılara evlərinin təmirdən sonra necə görünəcəyi ilə bağlı çertyojları göstərəcək və təmirin bütün mərhələlərində onlara məsləhət verəcək”, - deyə bildirib.

Petruccinin sözlərinə görə, kiçik və orta ölçülü bir ev üçün əsas təmirin ilkin dəyəri təxminən 20.000 avrodur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью