İtaliya Superkuboku: İnter finala yüksəlib AZƏRTAC

03.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 yanvar, AZƏRTAC

İtaliya Superkubokunda finala yüksələn ilk komanda bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda "İnter" və "Atalanta" üz-üzə gəlib. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"İnter"in heyətində hər iki qolu Denzel Dumfries vurub.

Yarımfinalın digər oyununda "Yuventus" və " Milan" komandaları qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью