Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 4 yanvar, AZƏRTAC İtaliya Superkubokunun yarımfinal matçı keçirilib.AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən matçda “Milan” “Yuventus” komandaları qarşılaşıb.Oyun “Milan”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Əvvəlcə Kənan Yıldız 21-ci dəqiqədə “yuventus”u önə çıxarıb. Kristian Pulişiç 71-ci dəqiqədə penaltidən vurduğu qolla hesaba tarzlıq gətrib.
Yeddi dəqiqə sonra “Yuventus”un müdafiəçisi Federiko Qatti avtoqola imza ataraq komandasını məğlub duruma düşürüb.
Beləliklə “Milan” finalda “Atalanta”nı məğlub edən (2:0) “İnter”lə oynayacaq. Görüş yanvarın 6-da baş tutacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.