İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

13.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

İtaliya milli futbol komandası UEFA Millətlər Liqasının beşinci turunda Fransa yığmasını 3:1 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, Milanda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Fransa millisinin futbolçusu Maykl Olise açıb. 26-cı dəqiqədə Françesko Espozito fərqlənərək hesabı bərabərləşdirib.

Matçın 60-cı dəqiqəsində İtaliya komandasının penalti zərbəsini Sebastiano Esposito dəqiq yerinə yetirə bilməyib. Lakin üç dəqiqə sonra Davide Frattesi ev sahiblərini hesabda önə keçirib.

75-ci dəqiqədə Françesko Espozito penaltidən dəqiq zərbə vuraraq oyunda son nöqtəni qoyub – 3:1.

Bu qələbədən sonra İtaliya yığması 10 xalla A Liqasının 1-ci qrupunda liderliyə yüksəlib. Eyni xala malik Fransa ikinci pillədə qərarlaşıb. Belçika 9 xalla üçüncü, Türkiyə isə xalsız sonuncu yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью