İtaliya Ukrayna böhranı pik həddə yüksəlib

28.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliya və Ukrayna arasında diplomatik gərginlik artır.

“Cebheinfo.az”-ın məlumatına görə, İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenskinin Liviyadakı gəmilərə endirilən zərbə barədə İtaliyaya xəbərdarlıq etməməsindən hiddətlənib.

Ukraynanın bu hücumu iki ölkə arasında bir vaxtlar səmimi olan münasibətləri soyudub.

“Bloomberg”in yazdığına görə, Ukraynanın bu hücumundan sonra İtaliya daxilində ultrasağçı siyasi qüvvələr Meloniyə təzyiqləri artırıb. Müxalifət Ukraynaya yardımı dayandırmağı tələb edir. 

Qeyd edək ki, Ukrayna tərəfi əvvəlcə Liviyanın Benqazi şəhərində Rusiya hərbi gəmisini İtaliya ilə birlikdə vurduqlarını açıqlayıb.

İtaliya XIN rəhbəri Antonio Tanai dərhal bəyanat yayaraq bu iddianıə təkzib edib.

O, İtaliyanın bu əməliyyatdan məlumatsız olduğunu bildirib. 

Bundan sonra Zelenski çıxış edərək hücumun təkbaşına həyata keçirildiyini və Avropalı tərəfdaşların bundan məlumatsız olduğunu bəyan edib.

Meloni və Zelenski arasında telefon danışığı kifayət qədər sərt və gərgin keçib. 

Meloni məsuliyyətsiz çıxışa görə Zelenskini tənqid edib. İtaliya nazirlər şurası Aralıq dənizində Rusiya ilə münasibətlərin idarə olunan səviyyədən çıxa biləcəyindən narahatdırlar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью