İtaliya: “Ukrayna hələ gözləməli olacaq”

02.02.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere Della Sera” nəşrinə müsahibəsində belə deyib.
“Biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyirik, lakin öhdəliklərimiz olan və bizim üçün prioritet təşkil edən Balkanlar birinci yerdədir. Martın 3-də Romada “Balkanların dostları”nın toplantısı keçiriləcək, aprelin 1-də isə mən Almaniyanın xarici işlər naziri Yohan Vadefulla Serbiyanın paytaxtı Belqrada səfər edəcəyəm”, - italiyalı nazir diqqətə çatdırıb.
Tayani eyni zamanda, vurğulayıb ki, İtaliya Aİ-yə üzvlük yolunda irəliləməli olan Ukraynaya da kömək edəcək.
Merts: “Berlin vasitəçi olmaq istəmir” Hazırda dörd Balkan dövləti Aİ-yə daxil olmaqla bağlı danışıqlar aparır: Albaniya, Monteneqro, Serbiya və Şimali Makedoniya.
Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Taras Kaçka bəyan edib ki, 2026-2027-ci illərdə lazımi islahatlar həcmini tamamlamaq şərti ilə Ukrayna 2028-ci ildə Avropa İttifaqına üzv ola bilər.
Yanvarın 25-də Litva prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı həmkarı və polşalı həmkarları Volodimir Zelenski və Karol Navrotski ilə birgə mətbuat konfransında ölkəsinin Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv olmasını hədəflədiyini açıqlayıb.
Yanvarın 27-də isə Zelenski bəyan edib ki, Ukrayna 2027-ci ildə Aİ-yə daxil olmağı gözləyir. Onun sözlərimə görə, Ukraynanın Aİ-yə daxil olması təkcə Kiyev üçün yox, bütün Avropa üçün əsas təhlükəsizlik zəmanətidir.
Maraqlıdır ki, hazırda Kiyevə yardım məsələsində ən böyük donor rolunu oynayan Almaniyanın kansleri Fridrix Merts də Ukraynanın 2027-ci ildə Aİ-yə üzv olması perspektivini şübhə altına alıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью