İtaliya Universitetinin nümayəndələri ATMU da

13.02.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar. Bu barədə universitetdən verilən məlumatda deyilir. 

Bildirilir ki, “Erasmus+” proqramı çərçivəsində baş tutan görüşdə universitetlərarası əlaqələrin dinamik inkişafı, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, tələbə–müəllim mobilliyi, müştərək elmi tədqiqat və layihələrin işlənib hazırlanması, o cümlədən qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələlərinə xüsusi önəm verilib. 

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, İtaliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin “Erasmus+” proqramı üzrə rektor nümayəndəsi professor Marcello Costantini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Glauco Conte, Dilçilik Mərkəzinin rəhbəri professor Tania Zulli iştirak ediblər

Z.HÜSEYNOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью