İtaliya üzərindən hava trafiki rekord həddə çatıb

15.11.2024

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cari ilin ilk 9 ayında beynəlxalq uçuşlar hesabına İtaliya üzərindən hava trafikində rekord göstərici qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkəti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə hava nəqliyyatı və terminal trafiki, eləcə də ölkədəki aeroportlarda uçuşlar və enişlər ötən ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 10,8 faiz və 10,7 faiz artıb. Şirkət 9 ayda 3,8 faiz artımla 89,6 milyon gəlir əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью