İtaliya üzərindən hava trafiki rekord həddə çatıb AZƏRTAC

15.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Roma, 15 noyabr, AZƏRTAC

Cari ilin ilk 9 ayında beynəlxalq uçuşlar hesabına İtaliya üzərindən hava trafikində rekord göstərici qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkəti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə hava nəqliyyatı və terminal trafiki, eləcə də ölkədəki aeroportlarda uçuşlar və enişlər ötən ilin 9 ayı ilə müqayisədə müvafiq olaraq 10,8 faiz və 10,7 faiz artıb. Şirkət 9 ayda 3,8 faiz artımla 89,6 milyon gəlir əldə edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью