Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Bizimyol.info xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Livandakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar. Antonio Tayani İtaliyanın Livanın sabitliyinə böyük önəm verdiyini vurğulayıb və hazırda Romada keçirilən Livan-İsrail danışıqlarının ikinci raundunun konkret nəticələr verəcəyinə ümid etdiyini bildirib.
Abbas Əraqçi isə İranın mövqeyini təqdim edib və Tehranın irəli sürməyi planlaşdırdığı bəzi diplomatik təkliflər barədə məlumat verib.
İtaliya XİN rəhbəri tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində irəliləyişin vacibliyini bir daha qeyd edib. O, xüsusilə şiə “Hizbullah” təşkilatının tərksilah edilməsi və eyni zamanda Livanın bütün milli ərazisi üzərində suverenliyinin bərpasının önəmini vurğulayıb.
Tayani bildirib ki, İtaliya dialoqun inkişafına və regionda sabitliyin təmin olunmasına yönəlmiş istənilən təşəbbüsü dəstəkləmək üçün siyasi və diplomatik fəaliyyətini davam etdirəcək.
Danışıq zamanı tərəflər Hörmüz boğazındakı vəziyyətə də toxunublar. İtaliya XİN rəhbəri İran və ABŞ arasında dialoqun tam bərpasının böhranın siyasi və uzunmüddətli həllinə tez bir zamanda gətirib çıxaracağına, eləcə də hərbi eskalasiyanın qarşısının alınmasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Tayani qeyd edib ki, regionda sabitlik məsələsi yalnız Yaxın Şərqlə məhdudlaşmır, həm də qlobal iqtisadiyyata təsir göstərir. Onun sözlərinə görə, bu, xüsusilə enerji daşıyıcılarının qiymətlərinə birbaşa təsir edir.
Bizimyol.info