İtaliya yığması Almaniya ilə oyunlardan əvvəl itki ilə üzləşib

19.03.2025

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya yığması Almaniyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Atalanta"dan milliyə dəvət alan Mateo Reteqi düşərgəni tərk edib. O, əzələsində problem aşkarlandığı üçün komandadan ayrılıb.

Qeyd edək ki, İtaliya martın 20-də evdə, üç gün sonra isə səfərdə Almaniya ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью