İtaliya yığması aparıcı müdafiəçisini itirib

21.03.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya yığması aparıcı futbolçularından birini itirib.

İdman.biz xəbər verir ki, Almaniya ilə ilk oyundan sonra Rikardo Kalafiori zədələndiyi məlum olub.

22 yaşlı müdafiəçinin cavab matçında meydana çıxa bilməyəcəyi bəlli olub. O, doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə yekunlaşan oyunda dizindən zədələnib.

Qeyd edək ki, Almaniya - İtaliya cavab görüşü martın 23-də keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью