İtaliyada 100 illik məhkəmə binası uçdu

16.07.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az "ANSA"ya istinadla xəbər verir ki, Bolzano şəhərində (Şimali İtaliya) 1920-ci illərə aid yerli məhkəmə binası uçub.

Bu yaxınlarda bərpa və genişləndirmə işləri aparılan binanın təxminən dörddə biri uçub.

Bolzano Məhkəməsinin sədri Françeska Bortolotti uçqunun təmir işlərinin aparıldığı ərazidəki yükdaşıyan sütunlar səbəbindən baş verdiyini bildirib.

Uçuş zamanı binanın içərisində təmizlik işçiləri olan üç nəfər olub, onlardan biri yüngül xəsarət alıb.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью