İtaliyada 2026 cı il Qış Olimpiadası ilə bağlı korrupsiya qalmaqalı

23.07.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İtaliya prokurorluğu 2026-cı il Qış Olimpiya Oyunları ilə bağlı tikinti tenderlərində korrupsiya faktlarını araşdırır.

İdman.biz xəbər verir ki, "Inside the Games" nəşrinin yazdığına görə, yoxlamalar həmçinin Olimpiya kəndi layihəsində də aparılır.

Hazırda ofis və şəxsi evlərdə axtarışlar aparılır, altı nəfər barəsində həbs orderi verilib.

Mənbənin məlumatına görə, araşdırma, əsasən, Milanın mərkəzində iri daşınmaz əmlak tikintisi layihəsinə və şəhər ətrafındakı bölgələrdə planlaşdırılan layihələrə yönəlib. Həmin ərazilərdən birində Olimpiya kəndi açılacaq.

İş üzrə azı 74 nəfər şübhəli kimi araşdırılır. Onların arasında Milanın meri Cüzeppe Sala da var. Onun “maraqlar toqquşmasını gizlətmək” və “tikinti icazəsi verən komitəyə təzyiq göstərmək”də iştirak edə biləcəyi iddia olunur.

"Corriere della Sera" qəzetinin xəbərinə görə, mer bu ittihamları rədd edib.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-22-də Milan və Kortina-d'Ampezzoda keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью