İtaliyada 6 YDM şəbəkəsi 936 milyon avro cərimələnib

26.09.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Roma, 26 sentyabr, AZƏRTAC

İtaliyada fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinə ümumilikdə 936 milyon avrodan çox cərimə tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Rəqabət Təşkilatı (“Antitrust”) məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı “Eni”, “Esso”, “IP”, “Q8”, “Saras” və “Tamoil” YDM şəbəkələrinin yanacağın qiymətinə daxil olan bio-əsaslı komponentin dəyərini müəyyən etmək üçün birgə koordinasiya etdikləri məlum olub. Belə ki, “Iplom” və “Repsol” YDM şəbəkələri istisna olmaqla, digər bütün şəbəkələr avtomobil yanacağının satışında rəqabəti məhdudlaşdıran birgə müqavilə bağlayıblar.

“Antitrust” “Eni”ni 336,2 milyon avro, “Esso”nu 129,3 milyon, “IP”ni 163,6 milyon, “Q8”i 172,5 milyon, “Saras”ı 43,7 milyon və “Tamoil”i isə 91 milyon avro cərimələyib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью