İtaliyada avtomobil istehsalı 1958ci il səviyyəsinə enə bilər

24.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Avropanın əsas avtomobil istehsalçılarından olan İtaliyada bu sektor böhran keçirir. 

Avtosfer.az xəbər verir ki, ölkədə 2024-cü ilin sonunadək 500 mindən az avtomobil istehsal olunacağı proqnozlaşdırılır. Bu da ötən illə müqayisədə 33 faiz azdır. əgər proqnoz təsdiqini taparsa, ölkədə istehsalın 1958-ci il səviyyəsinə endiyini söyləmək mümkündür. 

Avtomobil istehsalında tənəzzülün başlıca səbəbi əhalinin elektromobilə keçmək istəməməsidir. FIAT 500e elektromobili il ərzində cəmi 2000 ədəd satılıb. Satışların cəmi 4 faizi elektrik dartılı texnikanın payına düşür. Bu səbəbdən zavodlarda bəzən iş günlərlə dayanır.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью