İtaliyada azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq

19.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Dekabrın 1-də İtaliyanın Milan şəhərində yerləşən “Only One Gallery” sərgi salonunda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi ölkəmizin zəngin mədəni irsinin təbliğinə, eləcə də Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin və dostluğun möhkəmləndirilməsinə həsr olunub.

Tədbir İtaliyada Azərbaycan İcması (Comunità Azerbaigiana in Italia) və “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью