İtaliyada bomba həyəcanı: 100 dən çox məktəb təxliyə edildi

11.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az “Rainews24” telekanalına istinadən bildirir ki, “Mikhail Andropov” imzası ilə göndərilən elektron məktubda bəzi məktəblərdə bomba olduğu bildirilib.

Təhlükə ilə bağlı məlumatdan sonra bir sıra təhsil müəssisələrində şagird və müəllimlər təxliyə edilib. Məktəblərdə müvafiq yoxlamalar aparılıb.

Paytaxt Romada da çoxsaylı məktəblər boşaldılıb. Xüsusilə Appio-Tuscolano rayonundakı məktəblər və yaxınlıqda yerləşən uşaq bağçaları təxliyə edilib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью