İtaliyada böyük qarşıdurma: 100 dən çox yaralı var

01.02.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Turində etirazçılarla baş verən toqquşmalarda 100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə ANSA rəsmi orqanlara istinadən məlumat yayıb.

Məlumata görə, 97 polis əməkdaşı, 5 karabinyer və Maliyyə Qvardiyasının (Maliyyə Nazirliyinin silahlı bölmələri) 7 əməkdaşı yaralanıb. İtaliya rəhbərliyi, eləcə də müxalifət nümayəndələri hüquq-mühafizə orqanları ilə həmrəy olduqlarını bildirib. İtaliyanın Baş naziri Corciya Meloni xəstəxanada olan iki polisi ziyarət edib. O, hadisəni qəbuledilməz və dövlətə qarşı hücum adlandırıb.

Qeyd edək ki, hakimiyyət tərəfindən sosial mərkəzin bağlanmasına qarşı 15 min insanın iştirak etdiyi etirazlar toqquşmaya çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью