Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İtaliyada qiymətlərin artması və sosial-iqtisadi problemlər fonunda kütləvi etiraz aksiyaları keçirilib. Nümayişlər zamanı polislə toqquşmalar baş verib, xəsarət alanlar var.
Bakıvaxtı.az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata əsasən, Milan və Bolonya şəhərlərində etirazçılar polislə qarşıdurmaya giriblər. İğtişaşlar nəticəsində azı 60 nəfər xəsarət alıb.
"Milanda qrup şəklində olan insanlar polisə daş və petardalar atıb, barrikadaları yandırıb və vitrinləri sındırıblar. Polis buna cavab olaraq gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Populyar ticarət mərkəzində və küçələrdə partlayış səsləri eşidilib", - deyə mənbədə bildirilir.
Qeyd olunur ki, nümayişçilər yaşayış dəyərinin kəskin artmasına, yüksək vergi yükünə, aşağı maaşlara və dövlət xidmətlərindəki mövcud problemlərə qarşı çıxırlar.
Hadisələrlə əlaqədar olaraq ümumilikdə 70-ə yaxın insan saxlanılıb. Onlardan təxminən 50 nəfəri Milanda (yarısı yeniyetmələrdir) nəzarətə götürülüb, daha 19 nəfər isə Turin və Bolonyada saxlanılıb.
Qeyd edək ki, oxşar kütləvi etiraz dalğası Fransanı da bürüyüb.